Azərbaycan U-19 boks millisi Avropa çempionatında 13 idmançı ilə iştirak edəcək

İdman Materials 10 Avqust 2026 16:41 (UTC +04:00)
Azərbaycan U-19 boks millisi Avropa çempionatında 13 idmançı ilə iştirak edəcək
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 13-də Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək. 9 gün davam edəcək yarışa Azərbaycan millisi 13 idmançı ilə qatılacaq.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq), Səfdər Məmmədzadə (+90 kq), Banuçiçək Nəsirli (48 kq), Gülər Hüseynova (51 kq) və Əminə Tağıya (54 kq) şans verəcək.

"Yarışda Emil Qurbanəliyev və Asif Məmmədov hakimlər sırasında yer alacaqlar. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək", - deyə məlumatda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti