Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirilib

Cəmiyyət Materials 10 Avqust 2026 17:12 (UTC +04:00)
Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirilib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib:

"Məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti – Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.

Eyni zamanda 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti Parlament prospekti ilə təşkil olunub".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti