Almaniyada dron təhlükəsinə görə Konstitusiyaya dəyişiklik təklif olunub

Dünya xəbərləri Materials 10 Avqust 2026 16:19 (UTC +04:00)
Almaniyada dron təhlükəsinə görə Konstitusiyaya dəyişiklik təklif olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın Şlezviq-Holşteyn federal torpağının Baş naziri Daniel Günter dronların yaratdığı təhlükə ilə əlaqədar ölkə ərazisində Almaniya Silahlı Qüvvələrinin (Bundesver) yerləşdirilməsinə icazə verilməsini istəyir. Onun sözlərinə görə, bunun üçün ölkə Konstitusiyasına dəyişiklik edilməlidir.

Bu barədə Almaniyanın NTV portalı yazıb.

Baş nazirin sözlərinə görə, bunun üçün ölkə Konstitusiyasına dəyişiklik edilməlidir.

“Çünki dronlar məsələsində təhlükənin beynəlxalq, yoxsa daxili xarakter daşıdığını müəyyənləşdirmək demək olar ki, mümkün deyil. Buna görə də mən Əsas Qanunvericiliyə (Almaniya Konstitusiyasına) dəyişikliklərin edilməsi məsələsini müzakirə etməli olduğumuzu düşünürəm və ümid edirəm ki, müəyyən nəticələrə nail ola biləcəyik”, – Günter qeyd edib.

Qeyd edək ki, ötən həftə Leypsiq hava limanında Ukraynaya məxsus təyyarənin yaxınlığında partlayıcı maddə və detonatorla təchiz edilmiş dron aşkarlanıb. Bununla əlaqədar Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt pilotsuz uçuş aparatlarına qarşı mübarizə üzrə xüsusi bölməni əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti