Azərbaycanda sənaye istehsalı artıb

İqtisadiyyat Materials 10 Avqust 2026 16:30 (UTC +04:00)
Azərbaycanda sənaye istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın sənaye müəssisələri və bu sektorda fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 38 milyard 902,4 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi tərəfindən dərc edilmiş "Ölkənin 2026-cı ilin yanvar-iyulayları üzrə sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri" hesabatında bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3% artım deməkdir.

Hesabat dövründə qeyri-neft və qaz sənayesində istehsalın dəyəri 12 milyard 724,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% artım deməkdir.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 76,818 milyard manatlıq ÜDM istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6% azalaraq 22,917 milyard manat, qeyri-neft-qaz sektorunda isə 2,2% artaraq 53,901 milyard manat təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti