MİQ üzrə ümumi vakansiya seçimi başlayır

Cəmiyyət Materials 10 Avqust 2026 17:17 (UTC +04:00)
MİQ üzrə ümumi vakansiya seçimi başlayır
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, avqustun 12-si saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır.

"Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir".

Bildirilib ki, namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina etdiyi halda, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

Qeyd edilib ki, ümumi vakansiya seçimi prosesi 15 avqust saat 15:00-dək davam edəcək.

"Bununla yanaşı, bildiririk ki, 8 avqust tarixindən etibarən həyata keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-da başa çatıb", - deyə məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti