Bu ilin yanvar-iyul aylarında sahibkarlara 1 191 lisenziya verilib

İqtisadiyyat Materials 10 Avqust 2026 18:00 (UTC +04:00)
Bu ilin yanvar-iyul aylarında sahibkarlara 1 191 lisenziya verilib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin 7 ayı ərzində sahibkarlara 1 191 lisenziya təqdim olunub, onların böyük hissəsi elektron qaydada rəsmiləşdirilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1 191 lisenziya, ümumilikdə isə 20 220 lisenziya verilib.

"2026-cı ilin yanvar-iyul ayları ərzində sahibkarlara verilən lisenziyaların 807-si elektron formada təqdim olunub. Portalın fəaliyyətə başladığı 2018-ci ilin mart ayından etibarən isə təqdim olunan elektron lisenziyaların sayı 7963-ə çatıb.

Verilmiş lisenziyaların 25%-i (298) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, 18%-i (214) əczaçılıq, 12%-i (148) özəl tibb fəaliyyəti, 11%-i (129) rabitə xidmətləri və 34%-ni isə (402) digər fəaliyyət növləri təşkil edib".

Məlumatda qeyd olunub ki, lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən rəsmi sənəddir:

"Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən olunub. Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq “ASAN xidmət” mərkəzi, KOB evləri və ya “Lisenziyalar və icazələr” portalı vasitəsilə portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Hazırda portal vasitəsilə müraciətlərin elektron qaydada qəbul edilməsi, aidiyyəti dövlət qurumlarından rəylərin əldə olunması və nəticələrin rəsmiləşdirilməsi imkanları yaradılıb.

Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəy alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt edilir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti