TRİPP konsepsiyadan icraya keçir, ABŞ Orta Dəhliz üçün 201 milyon dollar ayırıb

Siyasət Xəbər 10 Avqust 2026 23:01 (UTC +04:00)
TRİPP konsepsiyadan icraya keçir, ABŞ Orta Dəhliz üçün 201 milyon dollar ayırıb
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Multimodal tranzit marşrutunu nəzərdə tutan “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRİPP) adlı marşrut tədricən ideyadan praktiki icra mərhələsinə keçir.

Bu barədə ABŞ, Ermənistan və Azərbaycanın Ağ Evdə keçirilmiş sülh sammitinin birinci ildönümü ilə bağlı birgə bəyanatında bildirilib.

"Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRİPP) — Multimodal tranzit marşrutudur — infrastrukturun inkişafına rəhbərlik edəcək TRİPP Development Company şirkətinin yaradılması barədə ABŞ və Ermənistan arasında əldə olunan razılaşma da daxil olmaqla, konkret irəliləyişlər sayəsində ideyadan reallığa çevrilir”, - deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, Ermənistanda artıq mühəndis-axtarış işləri aparılır. Azərbaycan isə öz ərazisində Ermənistan ərazisində TRİPP marşrutuna birləşəcək avtomobil və dəmir yollarının tikintisini demək olar ki, başa çatdırıb.

Bundan əlavə, ABŞ, Ermənistan və Azərbaycan TRİPP marşrutu boyunca elektrik verilişi xəttinin tikintisini də dəstəkləyir.

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutuna, yaxud Orta Dəhlizə özəl sektor investisiyalarının cəlb edilməsi məqsədilə Transxəzər Marşrutu üzrə Sahibkarlıq Fonduna 201 milyon dollar ayırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti