“Qəbələ” braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb (FOTO)

İdman Materials 10 Avqust 2026 18:39 (UTC +04:00)
“Qəbələ” braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

“Qəbələ” növbəti transferini rəsmiləşdirib.

Bu barədə klub məlumat yayıb.

Bildirilib ki, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb.

Məlumata görə, 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti