Bakı. Trend:
Bakıda aparılacaq təmir işləri ilə əlaqədar bir sıra küçələrdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonu 14 İyul küçəsi 11 avqust 2026-cı il saat 09:00-dan, Xəzər rayonu Sergey Yesenin küçəsi 11 avqust 2026-cı il saat 10:00-dan və Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 11 avqust 2026-cı il saat 18:00-dan etibarən tam bağlanacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Bu müddətdə hərəkət iştirakçılarından alternativ yollardan istifadə etmələri və yarana biləcək müvəqqəti narahatlığa anlayışla yanaşmaları xahiş olunur.
