KXDR Yaponiyanı hərbi potensialını artırmaqda ittiham edib

Dünya xəbərləri Materials 11 Avqust 2026 07:39 (UTC +04:00)
KXDR Yaponiyanı hərbi potensialını artırmaqda ittiham edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya bu yaxınlarda dərc etdiyi müdafiə məsələləri üzrə "Ağ kitab"dan hərbi potensialını daha da artırmasını və müharibədən sonrakı məhdudiyyətlərdən uzaqlaşmanı əsaslandırmaq üçün istifadə edir.

Bu fikri beynəlxalq təhlükəsizlik məsələləri üzrə şərhçi Kan Von Çxol Koreya Mərkəzi Teleqraf Agentliyinə şərhində bildirib.

Onun sözlərinə görə “Yaponiyanın müdafiə üzrə “Ağ kitabı” hərbi maşının fəaliyyətinin qanuniləşdirilməsinə yönəlmiş təcavüz sənədidir”. Müəllif yazır ki, Tokio öz silahlı qüvvələrinin gücləndirilməsinə haqq qazandırmaq üçün KXDR-i və bəzi digər qonşu dövlətləri "ciddi və birbaşa təhdid" kimi təqdim edir.

O qeyd edir ki, Yaponiya digər ölkələrdən gələn təhdidlərin artması bəhanəsi ilə silahlı qüvvələrini sürətlə gücləndirərək və müasirləşdirərək hərbi dövlətə çevrilmə yolunda ardıcıl şəkildə irəliləyir.

Şərhdə Yaponiya hakimiyyəti İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxmağa, ABŞ və onun tərəfdaşları ilə hərbi ittifaqları möhkəmləndirməyə və Özünümüdafiə Qüvvələrinin imkanlarını genişləndirməyə çalışmaqda ittiham olunur. Müəllifin fikrincə, Tokionun müdafiə xarakterli kimi təqdim etməyə çalışdığı bu siyasət faktiki olaraq regionda gərginliyin artmasına gətirib çıxarır.

Müəllif beynəlxalq ictimaiyyəti Yaponiyanın “yeni militarizminə” qarşı çıxmağa çağırır və vurğulayır ki, ölkənin hərbi dövlətə çevrilməsinin daha da sürətlənməsi onun öz təhlükəsizliyi üçün riskləri yalnız artıracaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti