Prezident İlham Əliyev: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

Siyasət Materials 11 Avqust 2026 22:48 (UTC +04:00)
Prezident İlham Əliyev: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur.

Bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

“Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti