Suraxanıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Hadisə Materials 11 Avqust 2026 16:13 (UTC +04:00)
Suraxanıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Suraxanıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb:

"Rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

Araşdırmalar davam etdirilir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti