İranın ali lideri Əhməd Vahidini "SEPAH"ın rəhbəri təyin edib

Dünya xəbərləri Materials 11 Avqust 2026 07:00 (UTC +04:00)
İranın ali lideri Əhməd Vahidini "SEPAH"ın rəhbəri təyin edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İranın ali lideri Müctəba Xamenei Əhməd Vahidini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı təyin edib və ona general-leytenant rütbəsi verib. Onun müavini vəzifəsinə Mustafa İzadi təyin olunub.

Bu barədə İslam Respublikasının ali liderinin fərmanında bildirilir.

Sənəddə həmçinin Əlirza Tanqsirinin həlak olmasından sonra "SEPAH" Hərbi Dəniz Qüvvələrinin yeni komandanının Əli Özmai olduğu qeyd edilir.

"SEPAH"ın əvvəlki baş komandanı Məhəmməd Pakpur və korpusun Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edən admiral Tanqsiri fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başladığı ilk gün həlak olublar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti