Bakıda avtomobil salonu yandı

Cəmiyyət Materials 11 Avqust 2026 10:18 (UTC +04:00)
Bakıda avtomobil salonu yandı
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xətai rayonunda, Babək prospektində yerləşən avtomobil salonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200 kvadratmetr olan, avtomobil salonu kimi fəaliyyət göstərən üçmərtəbəli obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektin ofis otağında başlayan yanğının genişlənməsinin, eləcə də alovun salonda olan avtomobillərə keçməsinin qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 15 kvadratmetr olan otağın yanar konstruksiyaları yanıb. Salonda yerləşən “BMW” markalı minik avtomobilinin arxa bamperi və işığı isə istilik təsirindən deformasiyaya uğrayıb.

Obyektin böyük hissəsi və salonda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti