Toyota yarım milyona yaxın avtomobili geri çağırır

Dünya xəbərləri Materials 11 Avqust 2026 17:44 (UTC +04:00)
Toyota yarım milyona yaxın avtomobili geri çağırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyanın avtomobil istehsalçısı Toyota ABŞ-də 508 mindən çox avtomobili geri çağırır. Buna səbəb cihazlar panelinin əsas məlumatları göstərməsinə mane ola biləcək displeylə bağlı problemdir.

Bu barədə ABŞ-nin Yol Hərəkəti Təhlükəsizliyi üzrə Milli İdarəsi-nin (NHTSA) məlumatında deyilir.

Geri çağırma 2025-2026-cı illərdə buraxılmış hibrid “Camry” avtomobillərinə şamil olunur.

Qeyd olunur ki, avtomobil işə salındıqda displey nasazlıq verə və qəza işıqlarının, dönmə siqnallarının, təhlükəsizlik kəmərinin bağlanması barədə xəbərdarlığın və digər mühüm məlumatların göstərilməməsinə səbəb ola bilər.

Geri çağırılan avtomobillərin displey proqram təminatı Toyota diler mərkəzlərində ödənişsiz yenilənəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti