Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlandı

İqtisadiyyat Materials 11 Avqust 2026 14:56 (UTC +04:00)
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı il avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 888 320-yə çatıb.

Qeyd olunub ki, bu dövr ərzində aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artaraq 61 805-ə yüksəlib.

Qurumun məlumatına əsasən, qeyd olunan tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,5 faiz artaraq 243 263 təşkil edib.

Qeyd edək ki, qurumun məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında Dövlət Vergi Xidməti xətti ilə Azərbaycan dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub ki, bu da proqnoz göstəricisindən 848,1 milyon manat çoxdur.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 913,3 milyon manat və ya təxminən 8,6 faiz artıb.

Qeyd olunur ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,489 milyard manat təşkil edib. Bu, proqnoz göstəricisindən 251,8 milyon manat çoxdur: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan daxilolmalar 898,4 milyon manat və ya 11,8 faiz artıb”.

Vurğulanır ki, icbari tibbi sığorta üzrə daxilolmaların həcmi təxminən 606,8 milyon manat təşkil edib ki, bu da proqnoz göstəricisindən 15,6 milyon manat çoxdur: “Bu məbləğin təxminən 402,4 milyon manatını büdcədənkənar təşkilatlar təmin edib”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti