Hörmüz yaxınlığında ABŞ helikopteri Panama gəmisini atəşə tutub

Dünya xəbərləri Materials 11 Avqust 2026 17:26 (UTC +04:00)
Hörmüz yaxınlığında ABŞ helikopteri Panama gəmisini atəşə tutub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ hərbi helikopteri İran limanlarına tətbiq olunan dəniz blokadasını pozan və şəxsi heyətin xəbərdarlıqlarına məhəl qoymayan Panama bayrağı altında üzən gəmini atəşə tutub.

Bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Atəş zamanı gəminin sükan qurğusu hədəfə alınıb.

Hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Bildirilib ki, hücumdan sonra gəmi heyətinin başqa bir mülki gəmi ilə təxliyə edilməsi üçün tədbirlər görülür.

Britaniyanın dəniz risklərinin idarə edilməsi üzrə “Vanguard” şirkəti və dəniz təhlükəsizliyi üzrə mənbə daha əvvəl bildiriblər ki, ilkin qiymətləndirmələrə əsasən, Panama bayrağı altında üzən “Vela Nova” konteyner gəmisinin Oman körfəzindən keçərkən raket zərbəsinə məruz qaldığı ehtimal edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti