Bakı.Trend:
ABŞ Federal Təhqiqat Bürosu (FTB) ölkənin digər xüsusi xidmət orqanları və Koreya Respublikasının Milli Polisi ilə birgə yeni “Gunra” adlı şantajçı tipli virusunun yayılması ilə bağlı xəbərdarlıq yayıb.
Xəbərdarlıqda bildirilir ki, “Gunra” virusu müxtəlif sektorlarda, o cümlədən dövlət qurumlarında və kritik infrastruktura xidmət göstərən təşkilatlarda çalışan şəxsləri hədəf alır.
FTB-nin məlumatına görə, virus iki mərhələdə fəaliyyət göstərir: əvvəlcə istifadəçinin cihazındakı məlumatları kopyalayaraq şifrələyir, daha sonra isə həmin məlumatları dərc etməklə hədələyir və kibercinayətkarlara pul ödənilməsini tələb edir. Virusun ilk versiyaları 2025-ci ildə ortaya çıxıb, lakin yalnız bu yay geniş yayılmağa başlayıb.
Qurum qeyd edib ki, virus təkcə ABŞ-də deyil, Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionu ölkələrində də yayılıb. Virus əsasən “Windows” əməliyyat sistemi ilə işləyən sistemləri hədəf alır.
