Çexiyada quraqlıqla bağlı həyəcan təbili çalınıb

Dünya xəbərləri Materials 11 Avqust 2026 17:25 (UTC +04:00)
Çexiyada quraqlıqla bağlı həyəcan təbili çalınıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyada anomal isti hava şəraiti fonunda quraqlıq kritik həddə çatıb.

Bu barədə “Novinky” xəbər portalı Çexiya Hidrometeorologiya İnstitutuna istinadən məlumat yayıb.

Ölkənin əksər çay və su hövzələrində suyun səviyyəsi uzunmüddətli orta göstəricilərdən əhəmiyyətli dərəcədə aşağı düşüb. Bir çox çay və dərələr quruyub. Respublika ərazisinin böyük hissəsində hidrologiya üzrə ekstremal aşağı göstəricilər qeydə alınıb.

Məlumata görə, ölkənin əsas su arteriyalarında vəziyyət kritik həddə çatıb.

Məsələn, Elba çayında suyun səviyyəsi bütün müşahidə dövrü ərzində qeydə alınmış tarixi minimuma yaxınlaşır. Praqanın yerləşdiyi Vltava çayında isə su anbarları sisteminin tənzimlənməsi sayəsində vəziyyəti sabitləşdirmək mümkün olur. Lakin Cənubi Çexiyadakı Çeske-Budevitsa şəhəri ərazisində göstəricilər də qeydə alınmış ən aşağı səviyyəyə çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti