Dəməşq məhkəməsi Bəşər Əsədə ölüm hökmü çıxarıb

Dünya xəbərləri Materials 11 Avqust 2026 13:00 (UTC +04:00)
Dəməşq məhkəməsi Bəşər Əsədə ölüm hökmü çıxarıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Dəməşq məhkəməsi Suriyanın keçmiş hökumətinin doqquz yüksəkvəzifəli şəxsi, o cümlədən sabiq prezident Bəşər Əsəd, onun qardaşı Mahir Əsəd və təhlükəsizlik rəsmisi Atif Nəcib barəsində ölüm hökmü çıxarıb.

Bu barədə “The National News” yazır.

Atif Nəcib məhkəmədə şəxsən iştirak edib, digərləri isə qiyabi mühakimə olunublar. Dördüncü Cinayət Məhkəməsi eyni zamanda Bəşər və Mahir Əsədin beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmə Bəşər Əsədi uşaqlar da daxil olmaqla çoxsaylı şəxslərin qəsdən öldürülməsində, eləcə də işgəncə, qanunsuz həbslər və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti