"Spotify" sentyabr ayından süni intellekt sənətçilərinin profillərini işarələməyə başlayacaq

Dünya xəbərləri Materials 12 Avqust 2026 06:20 (UTC +04:00)
"Spotify" sentyabr ayından süni intellekt sənətçilərinin profillərini işarələməyə başlayacaq

Bakı. Trend:

"Spotify" musiqi platforması sentyabr ayından etibarən süni intellektlə yaradılmış ifaçıların profillərini müvafiq nişanla işarələməyə başlayacaq.

“Dinləyicilər bizə açıq şəkildə bildiriblər ki, real insan təsiri bağışlayan ifaçı profilini gördükdən sonra onun əslində süni intellekt tərəfindən yaradılmış obraz olduğunu öyrənməkdən xoşlanmırlar. Buna görə də sentyabrın ortalarından etibarən bəzi ifaçı profillərində AI Persona (“Süni intellekt personajı” – red.) nişanı görünəcək”, - deyə platformanın saytında yayımlanan açıqlamada bildirilir.

Məlumata görə, bu nişan istifadəçilərə ifaçının süni intellektin köməyi ilə yaradılmış ola biləcəyini və real insan olmadığını göstərəcək.

Bununla yanaşı, Spotify istifadəçi həmin İİ ifaçısını özü izləmədiyi halda, onun musiqisini tövsiyələrə daxil etməyəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti