Pentaqon Yəməndəki hava hücumlarında 150-dən çox mülki şəxsin öldüyünü təsdiqləyib

Dünya xəbərləri Materials 12 Avqust 2026 05:27 (UTC +04:00)
Pentaqon Yəməndəki hava hücumlarında 150-dən çox mülki şəxsin öldüyünü təsdiqləyib

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyinin daxili araşdırması zamanı 2025-ci ildə Yəmənə endirilən zərbələr nəticəsində 150-dən çox mülki şəxsin həlak olduğu aşkar edilib.

Bu barədə “The Washington Post" qəzeti məlumat verib.

Bu araşdırma Pentaqonun münaqişə zamanı mülki əhaliyə dəyən zərərə görə məsuliyyət daşıdığını rəsmən etiraf etdiyi ilk haldır.

Məlumata əsasən, 2025-ci ildə husilərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ABŞ-ın hava hücumlarında 153 dinc sakin ölüb, təxminən 250 nəfər isə yaralanıb. Pentaqon aparılan araşdırmanın nəticələrini yaxın aylarda rəsmən dərc etməyi planlaşdırır.

Xatırladaq ki, 2025-ci ilin martında ABŞ Prezidenti Donald Trampın əmri ilə husilərə qarşı hərbi əməliyyatlara başlanmışdı. Həmin ilin mayında isə ABŞ husilərin Qırmızı dənizdəki hücumları dayandırmağa razılaşdığını əsas gətirərək əməliyyatların dayandırıldığını elan etmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti