Asiya İnkişaf Bankı Azərbaycanda kapital bazarının inkişafı üzrə layihəni işə salır

İqtisadiyyat Materials 12 Avqust 2026 11:47 (UTC +04:00)
Asiya İnkişaf Bankı Azərbaycanda kapital bazarının inkişafı üzrə layihəni işə salır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə kapital bazarının inkişafı üzrə layihəyə start verib.

AİB-in məlumatında bildirilir ki, proqram Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Çin, Türkiyə, Özbəkistan və digər ölkələr də daxil olmaqla, Asiya-Sakit Okean regionunun 43 ölkə və iqtisadiyyatını əhatə edir.

Qeyd olunur ki, layihənin həyata keçirilməsi üçün Texniki Yardım üzrə Xüsusi Fondun (Technical Assistance Special Fund) vəsaiti hesabına 225 min ABŞ dolları məbləğində maliyyələşdirmə nəzərdə tutulub.

Bankın məlumatına görə, proqram iştirakçı ölkələrdə kapital bazarlarının inkişafına dəstək göstərilməsinə yönəlib.

AİB-in 2015-2024-cü illər üzrə məlumatına əsasən, Azərbaycan 10 layihə üzrə 2,53 milyard dollar məbləğində suveren maliyyələşdirmə əldə edib. Bu məbləğin 51 faizi regional əməkdaşlıq və inteqrasiya layihələrinə yönəldilib ki, bu da müvafiq qrup ölkələri arasında ən yüksək göstəricilərdən biridir. Daha 39 faiz özəl sektorun inkişafına, 18 faiz iqlim maliyyələşdirilməsinə, 10 faiz isə rəqəmsal texnologiyalar sahəsində təşəbbüslərə ayrılıb.

2015-2024-cü illərdə bank ümumi məbləği 963,9 milyon dollar olan doqquz qeyri-suveren layihəni təsdiqləyib və maliyyələşdirmənin 100 faizi özəl sektorun inkişafına yönəldilib. Qeyd edək ki, öhdəliklərin ümumi həcminin 78 faizi regional əməkdaşlıq və inteqrasiya ilə bağlı olub. Bu, AİB tərəfindən nəzərdən keçirilən yuxarı-orta gəlir səviyyəsinə malik müqayisə olunan ölkələr arasında ən yüksək göstəricidir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin birinci rübündə AİB-in ölkə iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2,075 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünün səviyyəsini 455 min ABŞ dolları və ya 28,1 faiz üstələyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti