Azərbaycanda depozit portfeli 39 milyard manatı keçib

İqtisadiyyat Materials 12 Avqust 2026 11:25 (UTC +04:00)
Azərbaycanda depozit portfeli 39 milyard manatı keçib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin birinci yarısında maliyyə sektoru istisna olmaqla, Azərbaycanda depozit portfeli 4,2% artaraq 39,4 milyard manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.

Hesabat dövründə müddətli depozitlər 8,5% artaraq iyunun sonuna 17,4 milyard manat, cari depozitlər isə 1,1% artaraq 22,1 milyard manat olub.

İyunun sonuna hüquqi şəxslərin ümumi depozitləri ilin əvvəli ilə müqayisədə 2,6% artaraq 21,6 milyard manata çatıb. Hüquqi şəxslərin depozitlərində cari hesabların payı 72,2%, müddətli depozitlərin payı isə 27,8% təşkil edib.

2026-cı ilin birinci yarısının sonunda manatla depozitlərin həcmi 26,2 milyard manat, xarici valyutada depozitlərin həcmi isə 13,2 milyard manat ekvivalentində olub.

Hesabat dövründə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2,9 faiz bəndi azalaraq 27,9%, rezident fiziki şəxslər üzrə isə 2,3 faiz bəndi azalaraq 25,6% təşkil edib.

Dövr ərzində manatla yeni cəlb olunmuş fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələri 0,3 faiz bəndi azalıb.

Hüquqi şəxslər üzrə yeni cəlb olunmuş manat depozitlərinin faiz dərəcəsi iyunun sonuna 6,4% təşkil edib.

Xarici valyutada yeni cəlb olunmuş əmanətlər üzrə faiz dərəcələri fiziki şəxslər üçün 0,1 faiz bəndi artıb. Hüquqi şəxslər üzrə isə bu göstərici iyunun sonuna 3,3% təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti