EIA OPEC+ ölkələri ilə bağlı neft hasilatı proqnozunu açıqlayıb

Energetika Materials 12 Avqust 2026 10:06 (UTC +04:00)
EIA OPEC+ ölkələri ilə bağlı neft hasilatı proqnozunu açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

OPEC+ ölkələrinin neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə gündəlik 34,39 milyon barel, 2027-ci ildə isə orta hesabla gündəlik 39,61 milyon barel təşkil edəcəyi gözlənilir.

Bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) “Qısamüddətli enerji proqnozu” adlı may hesabatında qeyd edilib.

EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə OPEC+ ölkələrinin sözügedən məhsul hasilatı birinci rübdə orta hesabla günə 37,43 milyon barel olub. Eyni zamanda bildirilib ki, qeyd edilən məhsul hasilatının ikinci rübdə günə 31,15 milyon barel, üçüncü rübdə gündəlik 33,13 milyon barel, dördüncü rübdə isə günə 35,85 milyon barel təşkil edəcək.

Qurumun 2027-ci il üçün isə OPEC+ ölkələri üzrə neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozları belədir: birinci rübdə hasilatın günə 38,71 milyon barel, ikinci rübdə günə 39,76 milyon barelə, üçüncü rübdə günə 39,85 milyon barel, dördüncü rübdə isə gündəlik 40,12 milyon barel səviyyəsində olacağı gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13,270 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 421,8 min ton və ya 3,1 faiz azdır.

Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 13,236 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 424,2 min ton və ya 3,1% azdır.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti