Xocavənddə buldozer minaya düşüb, iki nəfər xəsarət alıb

Hadisə Materials 12 Avqust 2026 19:02 (UTC +04:00)
Xocavənddə buldozer minaya düşüb, iki nəfər xəsarət alıb
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənddə buldozer minaya düşüb, iki nəfər xəsarət alıb.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 12 avqust tarixində mina partlayışı hadisəsi baş verib. Xocavənddə buldozer minaya düşüb, iki nəfər xəsarət alıb:

"Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar. Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır".

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - deyə məlumatda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti