Bakı. Trend:
Bakının Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Yasamal rayonunda zərərçəkənlərə məxsus 2 velosiped, 3 ədəd mobil telefon və noutbukun oğurlanması ilə bağlı polisə müraciətlər daxil olub:
"Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məkhum olunmuş 32 yaşlı N.Ağamuradov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı əşyaları satdığı müəyyən edilib.
Bundan başqa Yasamal rayonunda 2 mağazadan ümumilikdə 3700 manat nağd vəsaiti oğurlamaqda şübhəli bilinən Ü.Şərifov və T.Salmanov da müəyyən edilərək saxlanılıblar.
Faktlar üzrə araşdırmalar davam etdirilir".
