Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və
hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsi
iştirakçısının dəfn mərasimində iştirak ediblər
Xaçmaz rayonunun Ləcət kəndi ərazisində baş vermiş yol-nəqliyyat
hadisəsi nəticəsində dünyasını dəyişən Vətən müharibəsi iştirakçısı
Asim Muradxanovun dəfn mərasimi keçirilib.
Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil
Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid
ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mərhumun ailəsinə və
yaxınlarına dərin hüznlə başsağlığı verərək, onlara səbir diləyib.
Vurğulanıb ki, dövlətimiz hər zaman şəhid ailələrinə, qazilərə və
Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı ilə
yanaşır, Vətənimiz uğrunda canından keçmiş qəhrəmanlarımızın
xatirəsi daim uca tutulur.
Vətən müharibəsi iştirakçısı Asim Rüfət oğlu Muradxanov Ləcət kənd
qəbristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!