Türkiyədə F-16 qəzaya uğrayıb, pilot katapult edərək sağ qalıb

Dünya xəbərləri Materials 12 Avqust 2026 16:50 (UTC +04:00)
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot katapult edərək sağ qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin Yalova vilayətində F-16 qəzaya uğrayıb.

Bu barədə NTV telekanalı ölkənin müdafiə nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, uçuş təlimi zamanı təyyarədə nasazlıq yaranıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını və tibbi heyət göndərilib. Təyyarənin pilotunun katapult edərək xilas olduğu bildirilib.

“Hərbi Hava Qüvvələrimizə məxsus bir F-16 təyyarəsi təlim uçuşu zamanı Yalovada qəzaya uğrayıb, pilotumuz katapult edərək xilas olub. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırmanın nəticəsində müəyyən ediləcək”, - deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti