"SOCAR Trading"in karbon layihələri 63,7 min ton emissiyanın azalmasına imkan verib

İqtisadiyyat Materials 12 Avqust 2026 10:29 (UTC +04:00)
"SOCAR Trading"in karbon layihələri 63,7 min ton emissiyanın azalmasına imkan verib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində SOCAR Trading tərəfindən həyata keçirilən iki karbon layihəsi nəticəsində 63 697 ton CO₂ ekvivalenti həcmində istixana qazı emissiyasının azaldılması təmin edilib.

Bu barədə SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatında bildirilib.

Hesabata əsasən, Laçında həyata keçirilən SOCAR Hydro Bundle-3 bərpa olunan enerji layihəsi çərçivəsində 5 872 ton CO₂ ekvivalenti həcmində emissiyanın qarşısı alınıb.

7,1 MVt gücündə olan layihə kiçik su elektrik stansiyası vasitəsilə qalıq yanacaq əsaslı elektrik enerjisinin bərpa olunan enerji ilə əvəzlənməsini təmin edir.

Bundan başqa, “Neft Daşları” yatağında həyata keçirilən Advanced LDAR layihəsi nəticəsində 57 825 ton CO₂ ekvivalenti həcmində metan emissiyasının azaldılması təmin olunub. Layihə sızmaların sistemli şəkildə aşkarlanmasını, onların həcminin müəyyənləşdirilməsini və vaxtında təmir edilməsini dəstəkləyir.

Hesabatda qeyd olunur ki, Xəzər regionunda su ekosistemlərinin dayanıqlığının gücləndirilməsi məqsədilə nərə və Xəzər qızılbalığı populyasiyalarının mühafizəsi və bərpasına yönəlmiş təşəbbüslər də dəstəklənib.

Eyni zamanda, SOCAR tərəfindən Azərbaycanda ilk dəfə iqlim risklərinin qiymətləndirilməsi həyata keçirilib və onun nəticələri açıqlanıb.

Qiymətləndirmə nəticəsində SOCAR-ın Abşeron yarımadasındakı əməliyyatları üçün iqlimlə əlaqəli beş risk müəyyən edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti