AZIR-in uçot faiz dərəcəsindən kənarlaşması 0,05 faiz bəndinə düşüb

İqtisadiyyat Materials 12 Avqust 2026 10:29 (UTC +04:00)
AZIR-in uçot faiz dərəcəsindən kənarlaşması 0,05 faiz bəndinə düşüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Banklararası təminatsız pul bazarında formalaşan AZIR istinad faiz dərəcəsi hesabat dövrü ərzində uçot faiz dərəcəsinə yaxın səviyyədə hərəkətini davam etdirib.

Azəbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, AZIR indeksinin uçot faiz dərəcəsindən orta kənarlaşması 2025-ci ildə 0.21 faiz bəndi təşkil etdiyi halda, 2026-cı ilin I yarısında 0.05 faiz bəndinədək azalıb.

Bildirilib ki, spredin daralması uçot faiz dərəcəsinin banklararası pul bazarında formalaşan faizlərə transmissiyasının gücləndiyini göstərir.

“2026-cı ilin ötən dövründə faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 5 dəfə müzakirə edilmişdir. Pul siyasətinə həsr edilmiş ilk iclasda uçot dərəcəsi 6.75%-dən 6.5%-ə, faiz dəhlizinin yuxarı həddi 7.75%-dən 7.5%-ə, dəhlizin aşağı həddi isə 5.75%-dən 5.5%-ə endirilmişdir. Növbəti iclaslarda isə Mərkəzi Bank faiz dəhlizi parametrlərini sabit saxlamışdır. Pul siyasəti qərarları faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonu daxilində formalaşması, regional geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında meyillər, ölkədaxili makroiqtisadi mühit, eləcə də pul siyasətinin ötürücülüyünün xüsusiyyətləri nəzərə alınmaqla qəbul edilmişdir. Faiz dəhlizi ilə bağlı qərarlar öncədən elan edilmiş qrafik üzrə və müvafiq analitik şərhlərlə ictimaiyyətə açıqlanmışdır”, - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti