İran heç bir vəchlə beynəlxalq qanunlardan kənar addım atmayıb – Pezeşkian

Dünya xəbərləri Materials 12 Avqust 2026 15:29 (UTC +04:00)
İran heç bir vəchlə beynəlxalq qanunlardan kənar addım atmayıb – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran heç bir vəchlə beynəlxalq qanunlardan kənar addım atmayıb və həmişə qonşu ölkələrlə münasibətlərin yaxşılaşmasına çalışıb.

Bunu İran prezidenti Məsud Pezeşkian bu gün Yaponiyanın baş naziri Sanae Takaiçi ilə telefon söhbətində deyib.

“İran heç vaxt regionda gərginlik istəməyib. ABŞ və İsrail İrana hərbi hücumlar etməklə, çoxlu sayda mülki vətəndaşları, Ali Lideri və məktəblilərin ölümünə səbəb olmaqla və qeyri-hərbi obyektləri məhv etməklə regionda sülh və sabitliyə zərbə vurublar”, - deyə o qeyd edib.

İran prezidenti Yaponiyanın diplomatik səyləri ilə regionda sülh və sabitliyin bərpa olunacağına, müharibəyə mane olacağına ümid etdiyini deyib.

Telefon söhbətində Yaponiya baş naziri Sanae Takaiçi də rəsmi Tokionun müharibəyə son qoyulması üçün diplomatik yolları dəstəklədiyini və bunun İran və regionun uzunmüddətli mənafeyi istiqamətində olduğunu bildirib.

Takaiçi qeyd edib ki, Yaponiya Hörmüz boğazı ilə əlaqədar İran və Oman arasında müzakirələrin irəliləməsini müsbət qarşılayır və müzakirələrin uğurla başa çatması ilə Hörmüz boğazından keçidin tez bir zamanda bərpa olunacağına ümid edir.

Yaponiya baş naziri İran prezidentindən İranın nüfuzundan Babül-Məndəbdə gərginliyin artmasının qarşısını almaq üçün istifadə etməsini istəyib.

Telefon söhbətində iki ölkənin dövlət başçıları ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti