İndoneziyada sərnişin bərəsində yanğın baş verib, 1 nəfər ölüb

Dünya xəbərləri Materials 12 Avqust 2026 13:36 (UTC +04:00)
İndoneziyada sərnişin bərəsində yanğın baş verib, 1 nəfər ölüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Bali adasından Lombok adasına hərəkət edən KM Putri Yasmin sərnişin bərəsində Lombok boğazından keçən zaman yanğın baş verib.

Bu barədə Reuters yazıb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

Gəmi Padangbai limanından çıxaraq Lembar limanına doğru istiqamət alıb. Onun göyərtəsində 114 sərnişin və 17 ekipaj üzvü olub. Xilasetmə əməliyyatına 200-dən çox fövqəladə hallar əməkdaşı cəlb edilib.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 172 nəfər təxliyə edilib.

Bərədə yanğının başvermə səbəbləri hazırda hakimiyyət orqanları tərəfindən araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti