Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 13 Avqust 2026 09:13 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,07 ABŞ dolları və ya 0,07% ucuzlaşaraq 95,50 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,06 dollar və ya 0,06% ucuzlaşaraq 92,69 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,21 dollar və ya 0,32% azalaraq 65,04 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,23 dollar və ya 0,25% azalaraq 93,56 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

“Trading Economics”in məlumatına görə, xam neftin qiyməti cümə axşamı bir barel üçün 82 dollara yaxınlaşaraq ucuzlaşıb və beş günlük artım seriyasına son qoyub. Bildirilib ki, investorlar Hörmüz boğazının açılması ilə bağlı hər hansı razılaşmanın əldə olunması perspektivlərini qiymətləndirirlər.

“ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında ritorikanın kəskinləşdiyi bir vaxtda ABŞ-nin su yolu üzərində “tam nəzarətə” malik olduğunu bildirib. Tərəflər arasında danışıqlar isə dalana dirənib.

Bununla yanaşı, ABŞ administrasiyası İran üzərində daha güclü iqtisadi təzyiq göstərməyə hazırlaşır. ABŞ-nin hərbi kampaniyası hələlik İran rejimini geri çəkilməyə məcbur edə bilməyib. Tədbirlər sırasında iqtisadi sanksiyaların genişləndirilməsi və İranın neft ixracını məhdudlaşdırmağa yönəlmiş dəniz blokadasının tətbiqi də var.

Bu arada, Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında bildirilib ki, Yaxın Şərqdə davam edən münaqişə fonunda qlobal neft bazarında bu rübdə sutkada 1,8 milyon barel həcmində kəsir yarana bilər.

Digər tərəfdən, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ötən həftə ABŞ-də xam neft ehtiyatları 17,4 milyon barel artıb. Bu, 2023-cü ilin əvvəlindən bəri həftəlik ən böyük artımdır”, - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti