Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

İdman Materials 14 Avqust 2026 02:08 (UTC +04:00)
Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubu UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə əldə edib.

Çenstoxova təmsilçisi buna III mərhələnin cavab oyununda İsveçdə "Hammarbü" komandası üzərində 1:0 hesablı qələbə qazanmaqla nail olub.

İlk görüşdə rəqibi ilə qolsuz heç-heçəyə razılaşan "Rakuv" səfər qələbəsi sayəsində növbəti mərhələyə yüksəlib.

Meydana start heyətində çıxan Mahir Emreli 67-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Hücumçu 73-cü dəqiqədə əvəzlənərək meydanı tərk edib.

Qeyd edək ki, "Rakuv" pley-off mərhələsində "Hayduk" (Xorvatiya) - "Jalgiris" (Litva) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti