İtaliyada 8 milyon avrodan çox qiyməti olan yaxta batıb

Dünya xəbərləri Materials 13 Avqust 2026 12:36 (UTC +04:00)
İtaliyada 8 milyon avrodan çox qiyməti olan yaxta batıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sardiniyanın şimalında, Porto-Çervo sahillərində mühərrikində yaranan nasazlıq səbəbindən dəyəri 8 milyon avrodan çox olan 30 metrlik “Angiola II” yaxtası batıb.

Bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, gəmi cəmi dörd gün əvvəl italiyalı iş adamına təhvil verilib. Mühərrikin sıradan çıxması gəmidə yanğına səbəb olub. Hadisə zamanı yaxtada 14 nəfər olub.

Ölən və xəsarət alan olmayıb.

Gəmi hazırda Kosta-Smeralda sahilləri yaxınlığında 7 metr dərinlikdə batıb və nəzarət altında saxlanılır. Yanacaq sızması qeydə alınmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti