Bakı.Trend:
Azərbaycanlı mütəxəssislər 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistanda olublar.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.
Onun sözlərinə görə, görüşlər zamanı elektrik enerjisi xətləri, dəmir yolu, boru kəmərləri və digər infrastruktur məsələləri müzakirə edilib.
Paşinyan qeyd edib ki, iki ölkə arasında, o cümlədən elektrik enerjisinin qarşılıqlı ixracı və idxalı üzrə tərəfdaşlıq mümkündür.
"Ermənistan Azərbaycanla enerji sahəsində, o cümlədən elektrik enerjisinin ixracı və idxalı istiqamətində əməkdaşlıq edə bilər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də "AzTV" dövlət telekanalına müsahibəsində bildirib ki, azərbaycanlı mütəxəssisləri Ermənistan ərazisində təhlil aparıblar və elektrik dirəklərinin məhz harada quraşdırılmalı olduğu yerlər müəyyən edilib.
