İstanbulda silahlı şəxs evində barrikada quraraq ətrafa atəş açıb

Dünya xəbərləri Materials 14 Avqust 2026 16:57 (UTC +04:00)
İstanbulda silahlı şəxs evində barrikada quraraq ətrafa atəş açıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulun Çatalca rayonunda bir nəfər evində barrikada quraraq ətrafa avtomat silahdan atəş açıb.

Bu barədə “Haber7” məlumat yayıb.

Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis qüvvəsi səfərbər olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda onun dinc yolla tərksilah edilməsi üçün danışıqlar aparır. İrfan Aktürk adlı olduğu bildirilən həmin silahlı şəxs heç kimin evə yaxınlaşmasına icazə vermir və təslim olmur.

Onun, eyni zamanda, jandarma əməkdaşlarına da atəş açdığı bildirilir.

Şübhəlinin bu addımının motivləri və digər təfərrüatlar hələlik məlum deyil.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti