Almaniyada meşə yanğınlarına görə insanlar kütləvi təxliyə olunur

Dünya xəbərləri Materials 14 Avqust 2026 14:36 (UTC +04:00)
Almaniyada meşə yanğınlarına görə insanlar kütləvi təxliyə olunur
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın qərbində yerləşən Hürtqenvald kommunasının Qay rayonunda təxminən 1,8 min sakin genişmiqyaslı meşə yanğını səbəbindən təxliyə edilib.

Bu barədə “Bild” məlumat yayıb.

Bildirilib ki, yanğın cümə axşamı günortadan sonra başlayıb və bütün gecə davam edib. Alov yaşayış məntəqəsinə təxminən 500 metr məsafəyədək yaxınlaşıb, bundan sonra yerli hakimiyyət orqanları təcili təxliyə elan ediblər. Ərazidə B399 federal magistral yolu və L25 yolu da bağlanıb.

Ötən gün yanğının söndürülməsi üçün helikopterdən istifadə olunub, lakin qaranlığın düşməsi ilə onun uçuşları dayandırılıb. Yerüstü bölmələr gecə saatlarında yanğınla mübarizəni davam etdiriblər. Hazırda xəsarət alanlarla bağlı məlumat yoxdur. Yanğının başvermə səbəbi araşdırılır.

Qeyd edilib ki, yanğın təxminən 25 hektar sahəni əhatə edir.

Ötən gün Türkiyədə Katrançı körfəzində gəzinti edən Toys Boat ekskursiya gəmisində də yanğın baş verib. Gəmidə 115 nəfər olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti