ABŞ ilə danışıqların bərpası barədə qərar hələ qəbul edilməyib – Əraqçi

Dünya xəbərləri Materials 15 Avqust 2026 08:37 (UTC +04:00)
ABŞ ilə danışıqların bərpası barədə qərar hələ qəbul edilməyib – Əraqçi
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İran hələlik ABŞ ilə danışıqların bərpası barədə qərar qəbul etməyib.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. Onun açıqlamasını "İSNA" agentliyi yayıb.

Nazirin sözlərinə görə, Qətər və Pakistanın mesajların ötürülməsi və əlaqələrin saxlanılması istiqamətində vasitəçilik səylərinə baxmayaraq, danışıqların bərpası ilə bağlı yekun qərar hələ verilməyib.

Əraqçi qeyd edib ki, əvvəllər istifadə olunan rabitə kanalları artıq effektivliyini itirib. Hazırda İran müvəqqəti əlaqə mexanizmi hazırlayır və bu mexanizm gələcəkdə daimi formata çevrilə bilər. Nazir hansı rabitə kanalından söhbət getdiyini dəqiqləşdirməyib.

O, həmçinin xatırladıb ki, İslamabad Memorandumuna əsasən, tərəflər hərbi əməliyyatları dayandırmaq öhdəliyi götürüblər. Əraqçinin sözlərinə görə, ABŞ bu razılaşmanı pozub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti