Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında 2026/2027 mövsümünə start verilib.
Mövsümün açılış oyunu Tovuzda keçirilib.
"Turan Tovuz" doğma meydanda "Qəbələ"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Matçın 35-ci dəqiqəsidə tovuzluların braziliyalı müdafiəçisi Enrike Silva topu rəqib qapısından keçirərək komandasına qələbə qazandırıb və mövsümün ilk qolunun müəllifi olub.
I turun digər oyunları 15, 16 və 17 avqustda baş tutacaq.
Misli Premyer Liqası
I tur
19:30. "Turan Tovuz"- "Qəbələ" 1:0
Qol: Enrike Silva, 35
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin
Əliyev
Tovuz şəhər stadionu.
