Husilər Yəmənin Muha bölgəsinə 80-dən çox ballistik raket və PUA ilə hücum edib

Dünya xəbərləri Materials 15 Avqust 2026 09:45 (UTC +04:00)
Husilər Yəmənin Muha bölgəsinə 80-dən çox ballistik raket və PUA ilə hücum edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Husilər Yəmən hökümət qüvvələrinin nəzarətində olan Taiz vilayətinin Əl-Muha limanına və rayon mərkəzinə hücum ediblər.

Bu barədə Yəmən hökumətinə bağlı SABA televiziyası məlumat yayıb.

Hücum nəticəsində limanın təhlükəsizlik əməkdaşlarından biri həyatını itirib, 8 mülki şəxs yaralanıb, 2 dənizçidən isə xəbər yoxdur.

Yəmən hökumətinə bağlı “Milli Müqavimət Qüvvələri”nin sözçüsü Sadıq Duveyd “X” hesabında bildirib ki, husilər bir neçə gün ərzində Yəmənin Əl-Muha bölgəsinə 40 ballistik raket və 46 PUA, həmçinin partlayıcı maddə ilə yüklənmiş qayıqlarla hücum ediblər.

Əl-Muha limanı Qırmızı dənizə çıxışı təmin edən mühüm limanlardan biri hesab olunur və Yəmən hökumətinə bağlı qüvvələrin nəzarətindədir.

Husilər ötən həftə bir neçə dəfə Əl-Muha limanını və rayon mərkəzini ballistik raketlər və PUA-larla hədəfə almışdılar. Hücumlar nəticəsində çox sayda yəmənli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti