Bakı. Trend:
Türkiyənin Muş vilayətində 3,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri vllayətin Bulanlk rayonunda, ocağı 14.76 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.