Fransada isti hava dalğaları kənd təsərrüfatına ciddi ziyan vurub

Dünya xəbərləri Materials 28 İyun 2026 22:45 (UTC +04:00)
Fransada isti hava dalğaları kənd təsərrüfatına ciddi ziyan vurub

Bakı. Trend:

Fransada 10 gündən artıq davam edən anomal isti hava kənd təsərrüfatı sektoruna ciddi təsir göstərib və bu, ilin sonunda məhsuldarlığın nəzərəçarpacaq dərəcədə azalmasına səbəb ola bilər.

Bu fikri Fransanın kənd təsərrüfatı naziri Anni Jenevar "Les Echos" qəzetinə müsahibəsində səsləndirib.

"Məhsul itkiləri qaçılmazdır, bu dəqiqdir. Xüsusilə buğda və qarğıdalı kimi taxıl bitkilərində itkilər olacaq və suvarılan sahələrlə suvarılmayan sahələr arasındakı fərq çox nəzərəçarpacaq. İtkilərin dəqiq miqyasını yalnız məhsul yığımından sonra qiymətləndirmək mümkün olacaq", - deyə nazir bildirib.

Nazir əlavə edib ki, heyvandarlıq sahəsində də vəziyyət olduqca ağırdır.

"Vəziyyət heyvan növlərindən asılı olaraq fərqlənsə də, onların hamısı zərər görüb. Ölüm halları artıb, süd istehsalı isə azalıb", - deyə Anni Jenevar qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti