Burkina Faso Fransa ilə diplomatik əlaqələrini kəsib

Dünya xəbərləri Materials 27 İyun 2026 00:46 (UTC +04:00)

Bakı. Trend:

Burkina-Faso hökuməti iyunun 26-dan etibarən Fransa ilə diplomatik münasibətlərin kəsilməsi barədə qərar qəbul edib.

Hökumətin yaydığı kommünikedə bu qərarın iki ölkə arasında münasibətlərin vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul olunduğu bildirilir. Sənəddə qeyd edilir ki, tərəflər arasında qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və dövlət suverenliyinə hörmət prinsiplərinə əsaslanan münasibətlərin inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil.

Burkina-Faso hökuməti Fransanın həyata keçirdiyi siyasətin ölkənin maraqlarına zidd olduğunu iddia edir. Kommünikedə Parisin “neokolonial meyillər nümayiş etdirdiyi”, həmçinin Sahel regionunda fəaliyyət göstərən təxribatçı və terrorçu şəbəkələri dəstəklədiyi irəli sürülür. Bundan əlavə, Fransa mediasının və rəsmilərinin Burkina-Faso ilə bağlı məlumatları qərəzli şəkildə təqdim etdiyi və bunun ölkənin beynəlxalq aləmdə nüfuzuna xələl gətirmək məqsədi daşıdığı vurğulanır.

Bəyanatda bildirilir ki, Burkina-Faso müstəqil xarici siyasət kursunu davam etdirmək, beynəlxalq tərəfdaşlıqları şaxələndirmək, Cənub-Cənub əməkdaşlığını genişləndirmək, bütün dövlətlərlə balanslaşdırılmış münasibətlər qurmaq, eləcə də sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinə töhfə vermək əzmindədir.

Xəbər lenti

Xəbər lenti