Beynəlxalq münasibətlər müstəvisində zərərli davranışlarından əl çəkə bilməyən Fransa yenə öz ampluasındadır...

Siyasət Materials 25 İyun 2026 14:23 (UTC +04:00)
Beynəlxalq münasibətlər müstəvisində zərərli davranışlarından əl çəkə bilməyən Fransa yenə öz ampluasındadır...
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Xarici İşlər Nazirliyinin Fransa Milli Assambleyası üzvlərinin suallarına cavab olaraq 23 iyun tarixində yaydığı bəyanatda Azərbaycanla bağlı irəli sürülən iddialar qərəzli, əsassız və reallığı əks etdirməyən yanaşmanın növbəti nümunəsidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Əli Hüseyni deyib.

Ə.Hüseynli bildirib ki, Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib:

“Bu reallığın görməzdən gəlinməsi, Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyan və birtərəfli siyasi mövqedən irəli gələn bəyanatların səsləndirilməsi regionda davamlı sülh və etimad quruculuğu səylərinə xidmət etmir.

“Dağlıq Qarabağ” ifadəsinin siyasi məqsədlərlə gündəmə gətirilməsi, Azərbaycanın suveren ərazisində yaşamış erməniəsilli sakinlərlə bağlı məsələlərin təhrif olunmuş formada təqdim edilməsi, habelə saxlanılan şəxslərin “məhbus” kimi xarakterizə olunması hüquqi faktların və məhkəmə proseslərinin siyasiləşdirilməsi cəhdi kimi qiymətləndirilməlidir”.

Onun sözlərinə görə, Azərbaycan ölkə ərazisində mövcud olan bütün dini, mədəni və tarixi irsin qorunmasına dair beynəlxalq öhdəliklərinə sadiqdir. Bu sahədə əsassız ittihamların səsləndirilməsi konstruktiv dialoqa deyil, siyasi manipulyasiyalara xidmət edir.

“Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması istiqamətində ardıcıl səylər göstərir. Bu prosesdə üçüncü tərəflərin birtərəfli və qərəzli bəyanatları sülh gündəliyinə töhfə vermir, əksinə, regionda etimadın möhkəmləndirilməsinə mane olur.

Ona görə də Fransa bu məsələlərə dair qərəzli mövqeyini obyektiv yanaşma ilə əvəz etməli, regionla bağlı proseslərə beynəlxalq hüquq prinsipləri əsasında, balanslı şəkildə yanaşmalı, münaqişə sonrası reallıqları nəzərə almalı və sülh prosesini siyasi məqsədlər üçün alətə çevirməməlidir”, - deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti