"Brent" markalı neftin qiyməti son dörd ayın ən aşağı səviyyəsinə düşüb

İqtisadiyyat Materials 25 İyun 2026 08:46 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti son dörd ayın ən aşağı səviyyəsinə düşüb

Bakı. Trend:

Londonun ICE birjasında aparılan ticarət zamanı "Brent" markalı xam neft üzrə avqust fyuçerslərinin qiyməti fevralın 27-dən bəri ilk dəfə olaraq bir barel üçün 73 dollar həddindən aşağı enib.

Bu barədə birjanın ticarət göstəricilərində qeyd olunub.

Bakı vaxtı ilə saat 05:01-ə olan məlumata əsasən, "Brent" markalı neftin dəyəri 1,02 faiz azalaraq 72,99 dollar təşkil edib.

Sonrakı dəqiqələrdə qiymət enişini davam etdirib. Belə ki, saat 05:21-də bir barel "Brent" neftinin qiyməti 72,89 dollara qədər geriləyib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,15 faizlik azalma deməkdir.

Xəbər lenti

Xəbər lenti