"Yuventus" ingiltərəli hücumçunu transfer etmək istəyir

İdman Materials 25 İyun 2026 05:18 (UTC +04:00)
"Yuventus" ingiltərəli hücumçunu transfer etmək istəyir

Bakı. Trend:

"Yuventus" bu yay mərkəz hücumçusu transfer etmək niyyətindədir.

A Seriyası nəhəngi "Aston Villa"da çıxış edən Temmi Abrahamı heyətinə qatmaqda maraqlıdır. Bu barədə "La Stampa" nəşri məlumat yayıb.

İngiltərə klubu öz futbolçusunu təxminən 25 milyon avro qiymətləndirir.

​Temmi Abraham "Çelsi"nin yetirməsidir. İngiltərəli forvard 2026-cı ilin yanvarında 21 milyon avro qarşılığında "Beşiktaş"dan "Aston Villa"ya keçib. Onun müqaviləsi 2031-ci il iyunun 30-dək nəzərdə tutulub. 28 yaşlı hücumçu 2025/26 mövsümündə Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti