Venesuelada 7.1 maqnitudalı zəlzələ olub

Dünya xəbərləri Materials 25 İyun 2026 03:19 (UTC +04:00)
Venesuelada 7.1 maqnitudalı zəlzələ olub

Bakı. Trend:

Venesuelanın şimalında 7.1 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 18:04-də (cümə axşamı Bakı vaxtı ilə saat 02:04) Karabobo əyalətinin təxminən 1,62 milyon insanın yaşadığı Valensiya şəhərindən 60 km şimal-qərbdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti