İran BAEA müfəttişlərini qəbul etməzsə, ABŞ yeni qərarlar qəbul edəcək - Rubio

Dünya xəbərləri Materials 24 İyun 2026 00:57 (UTC +04:00)
İran BAEA müfəttişlərini qəbul etməzsə, ABŞ yeni qərarlar qəbul edəcək - Rubio

Bakı. Trend:

Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərini qəbul etməkdən imtina edərsə, ABŞ İranla bağlı yeni qərarlar qəbul edəcək.

ABŞ dövlət katibi Marko Rubio bunu Yaxın Şərq turnesi çərçivəsində Əbu-Dabiyə gəlişində açıqlayıb.

O, BAEA müfəttişlərinin İrana qayıtması ilə bağlı Vaşinqton və Tehran arasında anlaşılmazlıq olduğunu inkar edib. "Onların nəyə razılaşdıqlarını bilirik. Dediklərini niyə deməli olduqlarını bilmirəm. Daxili siyasətləri nə olursa olsun, düşünürəm ki, bunu həll edəcəklər. Amma nəyə razılaşdıqlarını bilirik. İndi isə ya edəcəklər, ya da etməyəcəklər", - deyə Amerika diplomatiyasının rəhbəri jurnalistlərə İran rəsmilərinin BAEA -nin yoxlama fəaliyyəti ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.

"Əgər onlar bunu etsələr, proses irəliləyəcək. Əgər etməsələr, Prezident [Donald Tramp] bəzi qərarlar qəbul etməli olacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti